Türkiyəli məşhur aktyor Rıza Akın vəfat edib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 65 yaşlı aktyor, yazıçı və jurnalist beyin qanaması keçirib.
Aktyor xəstələnəndə dərhal xəstəxanaya aparılıb və əməliyyat olunmuşdu. Əməliyyatdan sonra müalicəsi isə reanimasiya şöbəsində davam etdirilib.
Qeyd edək ki, Rıza Akın "Canevim", "Kardeş Payı" kimi seriallarda, "Kerr", "Süt" və "Ben O Değilim" kimi türk kinosunun önəmli filmlərində rol alıb.