Şəhidin ​anası vəfat etdi -

Vətən müharibəsi şəhidi Manaf Bəhmənlinin anası Suray xanım vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə şəhidin yaxınları məlumatları yayıb.

Bildirilib ki, şəhid Manaf Bəhmənlini anası uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş .

Qeyd edək ki, Manaf Bəhmanlı 1998-ci il yanvarın 2-də Yevlax şəhərində anadan olub. 2004-2015-cı illərdə Yevlax şəhəri M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə, 2015-2020-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil alıb. O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən hərbi hissəsində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Sentyabrın 27-də Murov zirvəsində gedən şiddətli döyüşlərdə şəhid olub. Bir gün sonra Bakı şəhərində Biləcəri qəbiristanlığında torpağa tapşırılıb.

Manaf Bəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bir 2 nəfər və içəridə şəkili ola bilər



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR