Vətən müharibəsi şəhidi Ədalət Dəmirovun ildönümü yad edilib -

Göyçay rayonunun Aşağı Qaraməryəm kəndindən olan Ədalət Nüsrət oğlu Dəmirovun xatirəsi Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlməsinin ikinci ildönümü günündə məzarı yanında ehtiramla yad edilib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ağsaqqallar və şəhidin ailə üzvləri iştirak ediblər.

Mərasimdə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxışlarda şəhidin keçdiyi döyüş yolundan danışılıb, 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən bəhs olunub. Sonra məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Mərasim iştirakçıları şəhidin təhsil aldığı Aşağı Qaraməryəm kənd tam orta məktəbində Ədalət Dəmirov adına sinfə gələrək məktəblilərlə görüşüblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Ədalət Dəmirov 2001-ci il noyabrın 9–da Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olub. 2020-ci il yanvarın 8-də həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda o da döyüşlərə qatılıb. 2020-ci il noyabrın 2-də qəhrəmancasına şəhid olub. "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Davud Tarverdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR