Rusiyanın məşhur xəbər agentliyi

Rusiyanın “Regnum“ xəbər agentliyi fəaliyyətini dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə agentlik “Telegram” kanalında məlumat yayıb.

“Hörmətli oxucular! “Regnum“ informasiya agentliyinin sahibi idarə heyətini heç bir səbəb olmadan dəyişib. Vəziyyət aydınlaşana qədər agentlik fəaliyyətini dayandırır”,- deyə baş redaktor Modest Kolerov açıqlamasında bildirib.

Hazırda agentliyin saytına daxil olarkən yayımın dayandırılması barədə yazı əks olunur.

Xatırladaq ki, Modest Kolerov “Regnum” agentliyinin həmtəsisçisi və baş redaktorudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR