Xaçmaz rayonu Hacı Zeynalabdin Tağıyev küçəsində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü və 4 nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar polis əməkdaşlarının köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən araşdırma aparılır.