"Rusiya Azərbaycan və Ermənistanı təmas xəttində gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırır".

Metbuat.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Biz hər iki tərəfi təhlükəli münaqişədən, təmas xəttində gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkət və addımlardan çəkinməyə çağırırıq", - Peskov deyib.