Fransa çempionatı çərçivəsində “Loryan”- PSJ klubları arasındakı qarşılaşma zamanı Lionel Messinin oynamaması ilə bağlı maraqlı iddia ortaya atılıb.

Metbuat.az Fransa mediasına istinadən xəbər verir ki, Messi baş məşqçidən icazə aldığı üçün oynamayıb. Bildirilir ki, onun zədəsi və ya işi olmayıb. Məlumata görə, Messi karyerasında indiyə qədər 999 oyun çıxıb. Messi 1000-ci qarşılaşmasına dünya çemionatında çıxmaq istədiyi üçün “Loryan”la oyunda iştirak etmək istəməyib.

Qeyd edək ki, dünya çemionatı ilə əlaqədar əsas liqalardakı oyunlara fasilə verib. Əlavə edək PSJ “Loryan”a 2:1 hesabı ilə qalib gəlib.