Paşinyan itkin düşən ermənilərin sayını açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan tərəfindən itkin düşən hərbçilərin sayı ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb: "Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 777, İkinci Qarabağ müharibəsində isə 203 nəfər itkin düşüb. Cari ilin sentyabrında iki ölkə sərhədində son eskalasiya zamanı isə 16 erməni itkin düşüb" - deyə Paşinyan qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR