Xersonun statusunda dəyişiklik yoxdur -

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun Xerson şəhərindəki müdafiə xəttini geri çəkməsinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Xersonun statusu ilə bağlı dəyişiklik yoxdur və Xerson Rusiyanın subyektidir.

Qeyd edək ki, Rusiya ordusu Xerson şəhərindəki müdafiə mövqelərini Dnepr çayının sol sahilinə çəkir. Bu barədə Rusiya ordusunun Ukrayna üzrə komandanı Sergey Surovikin Sergey Şoyqunun rəhbərliyi ilə keçirilən iclasda məlumat verib. Surovikin Ukrayna ordusunun su bəndinə hücumlarına diqqət çəkərək, daşqınların ola biləcəyini və bunun ciddi itkilərə səbəb olacağını ifadə edib. Surovikin buna görə də qüvvələrin geri çəkilməsini təklif edib. Şoyqu təklifi qəbul edərək bu barədə əmr verib. Bu Rusiyanın ilhaq edilmiş ərazilərdən ilk geri çəkilməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR