Ukrayna Silahlı Qüvvələri Xersonu azad edərək şəhərə daxil olub.

Metbuat.az-ın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.

Ukrayna ordusu, həmçinin Xerson vilayətinin Belozerka, Çaykino və Klapaya yaşayış məntəqələrini də işğaldan azad edib. Şəhər daxil olan hərbçilər Ukrayna bayrağını qaldırıblar.