"Qarabağdakı erməni silahlıları ərazimizdən çıxmalıdır" -

"Qarabağdakı erməni silahlılarının ərazilərimizdən çıxarılması mütləqdir".

Metbuat.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, onların Ermənistandan, Qarabağdan, Rusiyadan ya Suriyadan olması Azərbaycan üçün heç bir əhəmiyyət daşımır.

"Əks təqdirdə bəzi silahlılar 2023-cü ili dərin, qaranlıq və soyuq məzarda, bəziləri isə orqan əskikliyi ilə müalicə müəssisələrində qarşılayacaqlar. Göründüyü kimi seçim və zaman məhduddur. Nəzərə alsaq ki, ermənilər də canlıdır və onlar daha çox yaşamağa adət ediblər, o zaman bir az səsucaldanları işə salsaq, onların ərazilərimizi tərk etmə ehtimalları daha yüksəkdir. Əks halda ermənilərin Kürdəmirə və ya digər rayonlarımıza salam videoları Yeni il bayramımıza xüsusi rəng qatacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR