Ərdoğan: "Qara dənizin altında enerji bazası yaradırıq"

"Qara dənizdə suyun 2200 metr dərinliyində enerji bazası yaradırıq. Gələn ildən bu qazdan istifadəyə başlayacağıq".

Metbuat.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Sakarya qaz yatağının birinci mərhələsini təşkil edən 10 quyudan 9-nun qazılması işlərinin başa çatdığını deyən Türkiyə Prezidenti bildirib ki, hazırda 3 qazma, 9 əsas tikinti-quraşdırma gəmisi, iş yükünə görə sayı 20-30 arasında dəyişən dəstək gəmiləri, eləcə də quru və dənizdə olmaqla yeddi min işçi yataqda işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR