"Qvardiola futbola çox "zərər" verib" -

PSJ-nin hücumçusu Lionel Messi bildirib ki, Pep Qvardiola futbola çox “zərər” verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, o, bu barədə “Universo Valdano” verilişində futbolçu Xorxe Valdano ilə müsahibəsində danışıb.

Messinin dediyinə görə, o vaxtlar hamı Qvardiolanı kopiyalamaq istəyirdi, çünki onun etdikləri sadə görünürdü:

“Belə anlarda siz bizim nə etdiyimizi başa düşürsünüz”.

“Şübhəsiz ki, Qvardiolanın matçları izləməsində, oyunlara hazırlaşmasında və ideyalarını sizə çatdırmasında xüsusi bir şey var”, - “Mundo Deportivo” Messinin fikirlərini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR