"Bombanı bir qadının partlatdığı məlum olub".

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

“Bombanı bir qadının partlatdığı məlum olub. Hadisə ilə bağlı təhqiqat aparılır. Son məlumata görə 6 ölü və 81 yaralı var. Hadisə yerinin müayinəsi tam sürətlə davam edir” – deyə Oktay bildirib.