Halanda İNANILMAZ TƏKLİF: Klub rəsmən açıqladı -

İngiltərənin 7-ci liqa klubu olan “Ashton United” “Mançester Siti”nin hücumçusu Erlinq Halanda təklif göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə “Ashton United” klubundan açıqlama verilib. Bildirilib ki, klub Halandı 28 günlük icarəyə götürmək istəyir. Məsələ burasındadır ki, dünya çempionatı səbəbilə əsas liqalarda fasilə olacaq. Norveç millisi dünya çempionatında iştirak etmədiyi üçün Haland bu müddət ərzində futbol oynamayacaq. İngiltərənin aşağı liqalarında isə oyunlar davam edəcək.

“Bu məntiqlidir. “Mançester Siti” oynamayacaq və Erlinqin formada qalmasına kömək etmək istəyirik. 6 həftə qolf oynamaqdan daha məntiqlidir” - “Ashton United”in baş məşqçisi Mişel Klegg deyib.

“Mançester Siti”nin bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR