İstanbulda qaz sızmasından partlayış olub.
Metbuat.az Türkiyə KİV-nə stinadən xəbər verir ki, hadisə Övliya küçəsində qeydə alınıb.
Partlayışın ərazidə qazma işləri zamanı qaz sızmasından baş verdiyi bildirilir.
Hadisə nəticəsində 10 nəfər yaralanıb.
Partlayışdan sonra baş verən alov üçmərtəbəli binanın giriş hissəsində fəsad törədib.