Şimali Koreya növbəti dəfə ballistik raket atıb.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya və Cənubi Koreya məlumat yayıb. Bildirilir ki, mərmi Yaponiya sərhədindən 200 metr məsafəyə düşüb. Yapon rəsmilər Röyters agentliyinə bildirib ki, mərminin növü qitələrarası raket olub. Məlumata görə, həmin raket ABŞ ərazisini vura biləcək mənzilə sahibdir. Son atılan raket 15 min məsafə qət edə bilir. Qeyd edilir ki, bu, ABŞ-ın regionda hərbi qüvvələrini artırmasına cavabdır.

Ötən gün Şimali Koreya daha kiçik raketi sınaqdan keçirmişdi.