Paşinyan istintaqda

Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.

Metbuat.az "Azadlıq radiosu"a istinadən xəbər verir ki, bu barədə komitədən bildirilib. Məlumata görə, 2022-ci il mayın 4-də Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük İkinci Qarabağ müharibəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.

İdarənin rəhbəri Rafael Vardanyanın qeyd edib ki, həlak olan hərbçilərin yaxınları N.Paşinyanın dindirilməsini və istintaqa cəlb olunmasını tələb ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR