NATO-nun üç gəmisi Baltik dənizinə daxil oldu

NATO-nun 1-ci Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya çatıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Biz Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün buradayıq", - qrupun Canett Moranq deyib.

Tallin limanında dayanan NATO gəmiləri qrupuna Niderland freqatı, həmçinin flaqman "HNLMS Tromp" (F803), Danimarka freqatı "HDMS Esbern Snare" (F342) və Norveç tankeri "HNoMS Maud" daxildir.

Gələn həftə gəmilər Finlandiyaya yola düşəcək və burada "Ice Winds 22" beynəlxalq dəniz təlimində iştirak edəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR