"Üçüncü Qarabağ müharibəsi olacaq" -

"Biz üçüncü müharibəyə doğru gedirik və bu ritorika göstərir ki, Rusiyanın da istədiyi əslində indi bu istiqamətdədir".

Metbuat.az bunu siyasi şərhçi Əziz Əlibəyli Baku TV-nin efirində deyib. O bildirib ki, Qarabağda yeni müharibə olacaq:

"Bizi məcbur edirlər ki, bu müharibəni edək. Üçüncü müharibə olacaq. Zəngəzur koridoru Naxçıvan koridoru adlandırılmalıdır. Çünki bu, Naxçıvan üzərində savaşdır. Bu koridorun açılması və üçüncü müharibə nəticəsində həmin koridor reallaşacaq. Ona görə bu Naxçıvan savaşıdır kı, çox təəssüf, həmin Rusiyaya, Ermənistana pası ötürən əsas qonşumuz olan İran Naxçıvana ərazi iddiası irəli sürüb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR