Qazaxıstanda seçkilərin ilkin nəticələri açıqlanıb:

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası ötən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Metbuat.az "Sputnik Kazakhstan"a istinadən xəbər verir ki, ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayev prezident seçkilərində 81,31% səslə qalib gəlib.

Jiquli Dayrabayev 3,42% (271 641 səs), Meyram Kacıken - 2,53% (200 907), Karakat Abden - 2,6% (206 206), Saltanat Tursynbekova - 2,12% (168 Au 7212, Nurlan. ) səs toplayıb.

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində seçici fəallığı Mərkəzi Seçki Komissiyasının yenilənmiş məlumatlarına əsasən, 69,44% təşkil edib. Eyni zamanda, səsvermə hüququna malik 11 milyon 953 min vətəndaşdan 8 milyon 300 min 46 nəfəri səs verib.

Qeyd edək ki, ötən bazar günü Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib. Prezidentliyə 6 namizəd mübarizə aparıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR