“​Biz Qarabağ kimi Ermənistanı da itirəcəyik”​ -

“Biz Qarabağı itirdiyimiz kimi bütün Ermənistanı da itirəcəyik. Nəticədə isə “beynəlxalq ictimaiyyətdən” ancaq nifrət və mərhəmət qazanacayıq”.

Metbuat.az Hrpraka-a istinadən xəbər verir ki, bu fikirləri “Ardarutyun” Partiyasının həmsədri vəzifəsini icra edən Akop Akopyan deyib. O hiddətlənərək bildirib ki, “Beynəlxalq birlik” adlanan struktur mövcud deyil.

“Bu sistem bir-birinə qarşı düşmənçilik hissləri ilə doludur. Onlar hər hansı bir məsələdə, məsələn, Azərbaycanın ərazi bütövlüyü deyilən məsələdə razılığa gəlirsə, bu o deməkdir ki, bu, diplomatiyanın nəticəsidir. Vaxt var idi ki, həmin “beynəlxalq ictimaiyyət” “Qarabağ” məsələsinin müstəsna olaraq Minsk qrupunun təklifləri çərçivəsində həlli” və ya “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur” barədə razılığa gəlmişdi. Biz aydın şəkildə dərk etməliyik ki, Qarabağ məsələsi təkcə orada yaşayan vətəndaşların həyatı və təhlükəsizliyi məsələsi deyil, bu Ermənistanın gələcəyi, həm də bütün ermənilərin ləyaqəti məsələsidir”,- deyə Akopyan qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR