Kasım-Jomart Tokayevin andiçmə mərasiminin baş tutacağı tarix

Qazaxsıtanda növbədənkənar seçkilər zamanı yenidən prezident seçilən Kasım-Jomart Tokayevin andiçmə mərasimi noyabrın 26-da baş tutacaq.

Metbuat.az "Sputnik Kazakhstan"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, Komissiyanın prezident seçkiləri ilə bağlı yekun məlumatlarına görə, hazırkı prezident 81,31% səs toplayıb.

Prezident vəzifəsinin icrasına başladıqdan sonra Qazaxıstan xalqına sədaqətlə xidmət etməyə, Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl etməyə, vətəndaşların hüquq və azadlıqlarına təminat verməyə, yüksək vəzifələri vicdanla yerinə yetirməyə təntənəli and içir. Prezident andiçmənin dövlət dilində mətnini təntənəli şəraitdə, parlament deputatlarının, Konstitusiya Şurasının üzvlərinin, Ali Məhkəmənin hakimlərinin, eləcə də ölkənin bütün keçmiş prezidentlərinin iştirakı ilə oxuyacaq. Eyni zamanda, prezident ölkə Konstitusiyasına and içir. And içdikdən sonra Qazaxıstanın dövlət himni səsləndirilir.

Qanuna görə, o zaman Mərkəzi Seçki Komissiyasının sədri yeni seçilmiş prezidentə vəsiqə, döş nişanı, prezidentin ştandartını və “Altın Kyran” ordenini təqdim etməlidir.

Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib. Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində seçici fəallığı 69,44 faiz təşkil edib.

Maliyyə naziri Yerulan Jamaubayev bildirib ki, prezidentin andiçmə mərasimi üçün büdcədən əlavə maliyyə vəsaiti ayrılmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR