Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyunu başlayıb.
Metbuat.az-ın məlumatına görə, qarşılaşma saat 14:00-da start götürüb. İlk dəqiqələrdə hücuma atılan Argentina futbolçuları erkən qola imza atıb. Lionel Messi 10-cu dəqiqədə penaltidən fərqlənib.