"​Bantik dodaqlar"la kosmetologiya sahəsinə imza atan mütəxəssis Şahnaz Quliyeva bu dəfə də ən yaxşılardan oldu -

Kosmetologiya xüsusilə qadınlar üçün müasir dövrün əvəz olunmazlarındandır. Əsas şərt təbiiliyi pozmadan edilən toxunuşlardır. Bu isə öz növbəsində seçdiyimiz kosmetoloqun savadı, bacarığı və əl işindən asılıdır. Şəhərimizin bu keyfiyyətləri özündə birləşdirən işinin peşəkarı mütəxəssilərindən biri də həkim-kosmetoloq Şahnaz Quliyevadır.

Tibbi təhsilinin olması bir kosmetoloq kimi onu başqalarından fərqləndirir və ön sıralara çəkir. Öz kosmetoloji mərkəzində pasiyentlərini qəbul edən Şahnaz xanım xüsusilə “bantik dodaqlar” adlanan dodaq dolğusu texnikası ilə məşhurdur. Şahnaz xanım bu uğurunun hekayəsindən danışarkən qeyd edir:

“Kosmetologiyaya başlayanda əsasən qadınların dodaqları diqqətimi çəkirdi. Məndən öncəki həkimlərin verdiyi formaları demək olar ki, bəyənmirdim. Başa düşürdüm ki, nəsə çatmır. Ortaya keyfiyyətli iş qoymaq üçün xarici mütəxəssislərin işlərini izləməyə başladım. Onların arasından bir rus mütəxxəssinin əl işləri xüsusilə diqqətimi cəlb etdi və onun seminarlarına qatılıb "bantik dodaq" texnikasını öyrəndim. Qayıtdıqdan sonra isə öyrəndiklərimi tətbiq etməyə başladım. Sanki xanımlarımız bunu gözləyirmiş”.

Qısa zaman ərzində gördüyü işlərin səsi şəhərə yayılan Şahnaz xanım qeyd edir ki, kosmetoloji prodsedurlarda təbiilik qızıl qaydadır. Xanımlar çalışmalıdır ki, etdirdikləri prodsedur süni görünməsin və həkimlərindən də bunu tələb etməlidirlər.

Qeyd edək ki, Şahnaz Quliyeva tərəfindən bütün prosedurlar müasir standartlara cavab verən texnikalar və preparatlar vasitəsilə həyata keçirilir.

10 ilə yaxın bu sahədə təcrübəsi olan peşəkar kosmetoloq hesab edir ki, müştəri məmnunluğu onun ən böyük uğurudur. O, kosmetologiya sahəsindəki yenilikləri yaxından izləmək üçün Monakoda keçirilən "AMWC World Congress", Parisdə keçirilən "İmcasWorld Congress" başda olmaqla, Fransanın bir sıra şəhərlərində, Xorvatiya, İsveçrə, Dubay və Moskvada keçirilən beynəlxalq seminarlarda iştirak edib. Şahnaz Quliyeva Bakıda və İstanbulda keçirilən tədbirlərdə nominasiyalara layiq görülüb.

Şahnaz Quliyeva 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR