Messi vurduğu qolla tarixə keçdi

Lionel Messi Argentina millisinin tarixinə düşüb.

Metbuat.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanına qarşı ilk tur matçında fərqlənməklə nail olub.

Ulduz futbolçu Argentina yığmasında 4 mundialda (2006, 2014, 2018 və 2022) qol vuran ilk oyunçu adına sahib çıxıb. Messi Dieqo Maradona (1982, 1986, 1994) və Qabriel Batistutanın (1994, 1998 və 2002) rekordunu geridə qoyub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması 2:1 hesabı ilə qalib gəlib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR