Lionel Messi Argentinanın Səudiyyə Ərəbistanına 1-2 hesabı ilə uduzduğu oyun barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, qrupun ilk turunda məğlub olmaq komandaya ağır zərbədir. Bununla belə, Messi milinin güclü olduğunu ifadə edib. Messi qeyd edib ki, Argentina millisi növbəti oyunlarda gücünü ortaya qoymalıdır.

Xatırladaq ki, Qətərdəki dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları oyunda Argentinanın tək qolunu Messi penaltidən qeyd edib. Bununla da Argentinanın 36 oyunluq məğlubiyyətsizlik seriyası dayanıb.