Əsədlə görüşə bilərəm -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşə biləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, siyasətdə küsülü qalmaq olmaz. Jurnalistin “Əsəd ilə görüş olacaqmı?” sualında Ərdoğan “Ola bilər. Siyasətdə inciklik, küskünlük olmaz” deyə cavab verib.

Qeyd edək ki, Türkiyə Misirlə də münasibətləri 8 ildən sonra bərpa edib. Dünya çempionatının açılış oyununu izləmək üçün Qətərə gedən Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR