İran sərhədə qoşun yeritdi: Silahlılar şəhəri ələ keçirməyə çalışır -

İran İraqla sərhəddə yerləşən Kürdistan əyalətinə hərbi qüvvələr cəlb edib.

Metbuat.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Məhəmməd İsmayıl Kövsəri açıqlama verib. O qeyd edib ki, əyalətdə silahlı qruplar nəzarəti ələ keçirməyə çalışırlar. Məlumata görə, Kürdistan əyalətinə göndərilən quru qoşunları həm Kürdistanda vəziyyəti ələ almağa, həm də İraqla sərhəddə təhlükəsizliyi gücləndirməyə çalışacaq.

Qeyd edək ki, sosial mediada İraqla sərhəddə yerləşən bəzi şəhərlərdə İran hərbçiləri ilə silahlılar arasında toqquşmaların olduğuna dair görüntülər yayılıb. Görüntülərin nə vaxt çəkildiyi məlum deyil.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR