Xameneinin bacısı qızı həbs olundu -

İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani həbs edilib.

Metbuat.az İran KİV-nə istinadən xəbər verir ki, Muradxaninin qardaşı Mahmud tviter hesabında məlumat yayıb. O bildirib ki, bacısı dünən məhkəmə qərarını yerinə yetirmək üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.

Fəridə Muradxani “Şeyx Əli Tehrani” kimi tanınan Əli Muradxaninin və ya İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı Bədri Hüseynin qızıdır. Şeyx Əli Tehrani özü İranın imperiya hökumətinə qarşı çıxan din xadimlərindən olub. Bu il 96 yaşında vəfat edib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani ötən ilin dekabrın 23-də Tehranda evinə qayıdarkən həbs edilmişdi və mayda 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılıb.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start verib. 2017-ci ilin iyununda isə o, Sənəndəc şəhərinə gedərək edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşüb və o zaman da həbs edilib.

فریده مرادخانی روز چهارشنبه هنگام مراجعه به دادسرا جهت ابلاغ حکم دادگاه به او، بازداشت و به زندان منتقل شد


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR