Finlandiyanın Baş naziri Sanna Marin geyim tərzini dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə Finlandiya mətbuatı yazıb. Bildirilir ki, bir neçə həftə əvvəl partidə çəkilən açıq videoları ilə gündəmə gələn Baş nazir tərzini dəyişib. Məlumata görə, o səfərləri zamanı olduqca bağlı geyimlərdən istifadə etməyə üstünlük verir. Nazir qalmaqaldan sonra klassik və daha çox qapalı olan geyimlər seçir.
Qeyd edək ki, Sanna Marin qalmaqallı videolardan sonra üzr istəyib.