DÇ-2022: Bu gün hansı komandalar qarşılaşır?

Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

Metbuat.az xəbər verir ki, C və D qruplarında II turun qarşılaşmaları baş tutacaq.

Günün ilk matçı D qrupuna təsadüf edəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə Tunis millisi Avstraliyanı sınağa çəkəcək. Bu qrupun digər oyununda isə Fransa və Danimarka yığmaları üz-üzə gələcək.

C qrupunda isə II tura Polşa - Səudiyyə Ərəbistanı matçı ilə start veriləcək. Digər qarşılaşmada isə ilk turda gözlənilmədən uduzan Argentina yığması Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.

C qrupu

17:00. Polşa - Səudiyyə Ərəbistanı

23:00. Argentina - Meksika

D qrupu

14:00. Tunis - Avstraliya

20:00. Fransa - Danimarka


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR