İranda etirazlarda 448 etirazçı öldürülüb

İranda hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi bildirib. Məlumatda qeyd olunur ki, 17 sentyabrdan 24 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 63-ü uşaq olmaqla 448 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib. Bununla yanaşı məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 3312-ün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 565 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR