Xorvatiya millisi Kanada yığmasını məğlub etdi -

Xorvatiya millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk qəbəsini qazanıb.

Metbuat.az xəbər verir ki, turnirin F qrupu çərçivəsində Xorvatiya millisi Kanada yığması ilə qarşılaşıb. "Xəlifə" stadionunda oynanılan matçda Xorvatiya futbolçuları 4:1 hesablı qələbə qazanıblar. Xorvatiya komandasının heyətində Andrey Kramariç dubl edib, digər qolları Marko Livaya və Lovro Mayer vurublar. Kanada yığmasının heyətində isə Alfonso Deyvis fərqlənib.

Hesabında 4 xal olan Xorvatiya və Mərakeş milliləri F qrupunda ilk iki pillədə yer alıblar. Belçika 3 xalla üçüncü, hələ xal qazana bilməyən Kanada isə sonuncudur.

Oyun gününə E qrupu çərçivəsində keçiriləcək İspaniya - Almaniya (Bakı vaxtı ilə saat 23:00) matçı ilə yekun vurulacaq.

Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR