DÇ-2022-də hansı oyunlar var?

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.

Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.

H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.

G qrupu

14:00. Kamerun - Serbiya
20.00. Braziliya - İsveçrə
Xal durumu: Braziliya - 3, İsveçrə - 3, Kamerun - 0, Serbiya - 0.

H qrupu

17:00. Cənubi Koreya- Qana
23:00. Portuqaliya - Uruqvay
Xal durumu: Portuqaliya - 3, Uru0vay - 1, Cənubi Koreya - 1, Qana - 0


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR