Noyabrın 26-da Göyçə vilayətində böyük avtomobil qəzası baş verib.
Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, saat 01:30 radələrində Göyçə-Aşağı Qaranlıq-Qoytur avtomobil yolunun 58-ci kilometrliyində, Gölkənd kəndi ərazisində “BMW” və “Volkswagen Golf” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfər yerindəcə ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Aşağı Qaranlıq tibb məntəqəsinə yerləşdirilib.
Yanğınsöndürən-xilasedicilər “BMW” markalı minik avtomobilindən 1 nəfərin, “Volkswagen Golf” markalı avtomobildən isə 3 nəfərin cəsədini çıxarıblar.
Polis və istintaq şöbəsi sürücülərin, ölən və yaralananların kimliyini araşdırır. Məlumata görə, ölənlərdən 3-ü Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarıdır.