Ölümə gülə-gülə gedən şəhid Vüsal Allahverdiyev -

Azərbaycanın bütövlüyü uğrunda, canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə hər zaman örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Barəsində danışacağım şəhid Vüsal Allahverdiyev düşmən üzərində əldə edilən tarixi qələbəmizdə öz qəhrəmanlığı, cəsarəti ilə sözün əsil mənasında qəhramanlıq səlnaməsi yazan igidlərimizdəndir. Hər zaman olduğu kimi bu gün də bir qurup ziyalı qadınlarımızla bizim üçün hər daim dəyərli olan Hicran xanımın oğlu şəhid Vüsal Allahverdiyevin ev muzeyini və abidəsini ziyarət etdik.

Vüsal Allahverdiyev 16 avqust, 1988-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olub. 31 avqust 1993-cü ildə məcburi köçkün kimi, ailəsi ilə Sumqayıt şəhərində məskünlaşıb. 1995-ci ildə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR