Dünya çempionatında xəyanət qalmaqalı -

Dünya çempionatında mübarizə aparan Serbiya millisinin üzvünün bir neçə əsas heyət oyunçusunun ehtiyatda qalması ilə bağlı şok iddia irəli sürülüb.

Metbuat.az xəbər verir ki, əsas heyət oyunçularının ehtiyatda qalmasına səbəb futbolçular arasında qarşıdurma olub. Bildirilir ki, dünya çempionatından əvvəl futbolçulara dəstək vermək üçün onların ailə üzvləri düşərgəyə dəvət edilib. Lakin bu zaman bəzi problemlər yaşanıb və Gudelj ilə Joviç dalaşıb. Vlahoviç də qalmaqalda yer alıb.

Bəzi dairələr isə iddia edir ki, futbolçuların ehtiyatda qalmasına səbəb xəyanətdir. Gudeljin Joviçin həyat yoldaşı ilə, Vlahoviçin isə Rajkoviçin həyat yoldaşı ilə birlikdə olduğu qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR