Murad Arif "Altın Kelebek"lə bağlı keçirilən konserti tənqid etdi:

Bəstəkar-müğənni Murad Arif Azərbaycanda baş tutan "Altın Kelebek" mərasimi ilə bağlı keçirilən konserti tənqid edib.

Metbuat.az xəbər verir ki, o instaqram hesabında bildirib ki, Türkiyədə bir çox bölmələr üzrə nominasiyalar olsa da, Azərbaycanda sadəcə biri var. Bu da "Azərbaycan ulduzu" nominasiyasıdır:

"Rəzalətin kiçik forması hələ də davam etməkdədir. "Pantene Altın Kelebek" Türkiyədə müxtəlif kateqoriyalarla sənət və sənətçiləri dəyərləndirir. İlin serialı, filmi, mahnısı, klipi, müğənnisi, maqazin verilişi və s. Bu sənət nominasiyasılarının içində bir dənə (qazanc yeri kimi) "Azərbaycan ulduzu" nominasiyası açıblar. Hər il Azərbaycandan sanki "saç" seçirlər. Eyni kateqoriyada "qadınlı-kişili" müğənni, aktirsa, rəqqasə, aparıcı, bir-birinə aidiyyatı olmayan adamları soxuşdurmaq?

Zənnimcə, mən də, Hiss də, konkret bir məsələtə aidiyyatı olmayan bu "təki olsun" kateqoriyasını "boykot" etməkdə haqlıyıq. "Altın Kelebek" "Azərbaycanın starı" nədi?! Ya Azərbaycanın müğənnisi, aktyoru, modeli, aparıcı nominasiyası edin, ya da bu rəzaləti yaşatmayın qardaş ölkəyə", - deyə o qeyd edib.

Qeyd edək ki, dekabrın 4-də Türkiyədə baş tutacaq mərasimə Azərbaycandan namizədlər - müğənnilər Ayaz Babayev, Nəzrin və aparıcı Turanə Hüseynli qatılacaq.

Xatırladaq ki, 2 il öncə M. Arif də sözügedən mükafata namizəd idi. Lakin o, öz istəyi ilə namizədlikdən imtina etmişdi. Həmçinin 2 il müğənni Hissə də namizədlik təklif olunub. Lakin o, öz istəyi ilə bu müakafatdan imtina etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR