Dünya çempionatında cəmi bir xal toplayaraq qrupdan çıxa bilməyən Serbiya millisi ölkədə etirazla qarşılanıb.
Metbuat.az xəbər verir ki, yerli media və keçmiş futbolçular millinin üzvlərini sərt tənqid edib. Serbiyalı keçmiş futbolçu, məşhur şərhçi Rade Boqdanoviç bildirib ki, komandanın üzvləri hərbi xidmətdə olmadığı üçün ərköyündülər.
“Çox istedadlı və həqiqətən yaxşı futbolçulardan ibarət heyətimiz var. Çatışmazlıq odur ki, hərbi xidmətdə olmayıblar. Hərbi xidmətdə olanda bəzi çətinlikləri yaşayırsınız. Bizim futbolçular hərbi xidmətdə olmayıb və buna görə də ərköyündülər” - Rade Boqdanoviç deyib.