Şeyxin xanımından qalmaqallı paylaşım -

Qətər şeyxlərindən birinin həyat yoldaşı Məryəm Əl-Tani sosial şəbəkə hesabında qalmaqallı paylaşım edib.

Metbuat.az xəbər verir ki, futbol azarkeşi olan şeyxin xanımı dünya çempionatından kənarda qalan Avropa komandaları ilə "vidalaşıb".

Məryəm Əl-Tani tivitində “Köhnə qitə"dən gələn pisliklər” yazıb. Onun bu paylaşımının Almaniyaya ünvanlandığı ehtimal olunur.

Qeyd edək ki, şeyxin həyat yoldaşı bundan əvvəl FİFA-nın senzurasına və LGBTQ+ icmasına dəstək nümayiş etdirən Almaniya millisinin üzvlərinin əllərini ağızlarına qoyub qrup şəkili çəkdirməsinə sərt reaksiya vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR