"Qarabağ"da fantastika, Avropada isə fiasko -

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransa klubu “Sent-Etyen”dən ayrıla bilər.

Metbuat.az-ın məlumatına görə, seneqallı hücumçu Liqa 2 klubunda ümidləri doğrultmayıb.

Baş məşqçi Loren Battlzın istəyi ilə “Sent-Etyen” rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu qaytarmaq qərarına gəlib. Fil Dişi Sahilidən olan forvardın icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, “Sent-Etyen” onu yanvarda yenidən heyətinə cəlb etməyə çalışacaq.

Qeyd edək ki, “Qarabağ” 2021-ci ilin yayında Norveç “Höqesunn”undan transfer etdiyi İbrahima Vadjini bu ilin avqustunda “Sent-Etyen”ə satıb. Komandası ilə 3 illik müqavilə imzalayan 27 yaşlı hücumçu fransızların heyətində keçirdiyi 10 oyunda 3 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR