"Time" ilin qəhrəmanlarını seçdi -

ABŞ-nin "The Time" jurnalı iranlı qadınları 2022-ci ilin qəhrəmanları elan edib.

Metbuat.az xəbər verir ki, İranda qadınların etiraz hərəkatını yüksək qiymətləndirən nəşr onların azadlıq və dünyəvilik hərəkatının dünyada nümunəvi olduğunu yazıb.

Eyni zamanda Prezident Volodimir Zelenskini və onun timsalında Ukrayna ruhunu "İlin adamı" elan edib. Bildirilib ki, Zelenski Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanğıcında bütün dünyanı öz ölkəsi ətrafında birləşdirə bilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR