Xəbər verdiyimiz kimi, Dağıstanda Mahaçkaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

Metbuat.az xəbər verir ki, maqnitudası 5,7 olan zəlzələ 5 km dərinlikdə qeydə alınan zəlzələ təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstan və Ermənistanda da hiss olunub.