Ronaldo Portuqaliya azarkeşlərinə müraciət etdi -

Kriştiano Ronaldo Portuqaliya millisinin azarkeşlərinə səslənib.

“Bu komanda xarici qüvvələr tərəfindən parçalana bilməyəcək qədər möhkəmdir. Bu millət heç bir rəqibdən qorxmayacaq qədər cəsurdur. Xəyalları uğrunda sona qədər mübarizə aparacaq əsl komanda! Bizimlə birlikdə inanın! İrəli, Portuqaliya!”, – deyə yığmanın kapitanı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 finalında Portuqaliya Mərakeşlə qarşılaşacaq. Qarşılaşma dekabrın 10-da baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR