Şərhçi 1/4 final matçının son dəqiqələrində VƏFAT ETDİ -

Amerikalı futbol şərhçisi Qrant Uol Qətərdə keçirilən futbol üzrə dünya çempionatını işıqlandırarkən vəfat edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Milli İctimai Radiosunun tviter səhifəsində qeyd edilib. Məlumata görə, 49 yaşlı şərhçi matçın son dəqiqələrində qəfil yerə yıxılıb.

"Qrant Uol Dohada Argentina və Niderland arasında keçirilən dünya çempionatının 1/4 final matçını işıqlandırarkən dünyasını dəyişib", - deyə məlumatda qeyd olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR