"Banklararası pul bazarında fəallıq yüksəlməkdədir" -

Azərbaycanın banklararası pul bazarında fəallıq yüksəlməkdədir. “Bloomberg” ticarət platformasında banklar arasında sentyabrda 69 ədəd əqd, oktyabrda 146 əqd bağlandığı halda noyabrda bu rəqəm 168-ə yüksəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

“Noyabrda bağlanmış əqdlərin 93.6%-i qısamüddətli (1-3 günlük) olub. Banklararası REPO bazarında bağlanmış əqdlərin sayı noyabrda 76 olub ki, bu da əvvəlki ayla müqayisədə 3,6 dəfə çoxdur. Ümumilikdə, sentyabr-noyabr aylarında banklararası əməliyyatların həcmi “Bloomberg” ticarət platforması üzrə 3 974 milyon manat, REPO üzrə 305 milyon manat olub. Ötən iclasda faiz dəhlizi ilə bağlı qəbul edilən qərarlar banklararası bazarda orta faizlərin yüksəlməsilə müşayiət olunub. Təminatsız bazarda (Blumberq) 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0,6 faiz bəndi yüksək olub. Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir”, - açıqlamada qeyd olunub.

“2022-ci ilin noyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 1%, ilin əvvəlinə nəzərən 18,1%, ötən ilin eyni ayına nəzərən isə 21,1% artıb. 11 ayda bank sistemi üzrə biznes kreditləri 12,7%, istehlak kreditləri 27,7%, ipoteka kreditləri isə 21,9% artıb”, – AMB-nin məlumatında qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR