Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın doğum günüdür.

Metbuat.az xatırladır ki, Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurub və həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

Jurnalistlik fəaliyyəti isə 1984-cü ildən başlayıb. Belə ki,həmin il o, "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər.

Lakin 1991-ci ilin yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalisti olur.

Salatın Əsgərova istedadlı, vətənpərvər jurnalist olmaqla yanaşı, həm də ana idi. Onu tanıyan hər kəs bilir ki, bu qadın Vətənə, torpağa olan sevgisini hər şeydən üstün tutub. Yeganə azyaşlı övladının olmasına baxmayaraq, Vətəni çətin məqamlarda tək buraxmayıb. Vəziyyətin çətinliyindən qorxmayaraq, qələmini silaha çevirməyi bacarıb və öz peşəsinin müsəlləh əsgəri olub.

1992-ci il noyabrın 6-da Salatın Əsgərovaya ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Şəhidlər Xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!

Royal
    </article>

    
    
    
    
    
    
        
        <div class= Qaynar xətt 0552252950