Ərdoğanın barışıq əli uzatdığı Sisidən xain həmlə -

Misir Prezidenti Əbdülfəttah əl-Sisi Türkiyəyə qarşı gözlənilməz qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, Sisi Misirin Aralıq dənizi bölgəsindəki dəniz sərhədini təyin edən yeni fərman imzalayıb. Sisinin imzaladığı qərarə əsasən Misirə aid sular Misir-Liviya quru sərhədinin 1-i nöqtəsindən başlayıb 8-ci nöqtəsinə qədər davam edərək 12 milə qədər uzanacaq. Bu isə Türkiyənin Liviya ilə imzaladığı dəniz sərhədlərinin müəyyən edilməsinə dair sazişə ziddir. Belə ki, Misir Türkiyə ilə Liviya arasında imzalanmış müqavilə ilə müəyyən edilən ərazilərə iddia etmiş olub.

Qeyd edək ki, Misirdəki hərbi çevrilişdən sonra Türkiyə ərəb ölkəsi ilə əlaqələri dayandırmışdı. Ərdoğan 8 ildən sonra Qətərdə Əbdülfəttah əs-Sisi ilə əl sıxmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR