Bərbərxanadakı qətlin təfərrüatı:

Xəbər verdiyimiz kimi, Bakıda bərbərxanada qətl hadisəsi baş verib.

Dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, İsmət Qədirov bundan əvvəl həmin bərbərxanada işləyib. Onlar arasında 15 manat üstündə mübahisə olub. Nəticədə İsmət bərbərxanaya gələrək İlkini bıçaqlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR